<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Səni mən sevirəm, əziz Allahım İL524</title>
<lyrics>[V1]
 Səni mən sevirəm, əziz Allahım,
 Sənsiz mən yaşaya bilmərəm daha.
 Qəmli günlərimi qoyub arxada
 Səninlə xoşbəxtəm, mənim Rəbb İsam.

[C1]
   Köhnə yaralarım sağaldı mənim,
   Keçmiş dərdlərimdən qurtuldu canım.
   Ona inandım, ürəyimi açdım
   İsadır bağışlayan Rəbbim, Allahım.

[V2]
 Bağışla, Allahım, bağışla məni,
 Bir daha Qanınla təmizlə məni.
 Ruhumu, canımı və bədənimi
 Hazırla, Göylərə layiq et məni.</lyrics>
<hymn_number>524</hymn_number>
</song>